Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin televiziya müraciətinin mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Hər il 22 Bəhmən (11 fevral) İran xalqının güc və izzətinin nümayiş günüdür. Allaha şükürlər olsun ki, bu xalq motivasiyalı, iradəli, möhkəm, qədirbilən və öz mənafe və zərərlərini dərk edən bir xalqdır. İlk 22 Bəhmən hadisəsinin baş verdiyi gün İran xalqı böyük bir qələbə qazandı. Özünü və ölkəsini yadların müdaxiləsindən xilas etdi. Həmin yad qüvvələr bu illər ərzində daim əvvəlki vəziyyəti yenidən bərpa etməyə çalışıblar.
İran xalqı öz mövqeyində möhkəm və sarsılmazdır. Bu möhkəmliyin ən bariz təzahürü 11 fevral günüdür. Bu yürüş dünyada misilsizdir. Dünyanın heç bir yerində uzun illər keçməsinə baxmayaraq, hər il müstəqillik və milli gün münasibətilə ölkənin hər yerində bu qədər böyük kütlələrin meydana çıxdığını görmürük. Bu gün İran xalqı küçələrdə keçirilən yürüşlə öz gücünü nümayiş etdirir və İran İslam Respublikasına və bu xalqın milli maraqlarına qarşı tamahkar olanları geri çəkilməyə məcbur edir.
Milli güc raket və təyyarələrdən daha çox xalqın iradəsi və möhkəmliyi ilə bağlıdır. Allaha şükür olsun ki, sizlər möhkəmliy və iradənizi göstərmisiniz. Bu iradə və möhkımliyi müxtəlif hadisələrdə yenə də göstərin. Düşməni məyus edin. Düşmən məyus olmayınca, bir xalq təzyiq və əziyyətlərə məruz qalır. Düşməni məyus etmək lazımdır.
Düşmənin məyusluğu sizin birliyiniz, düşüncə və iradə gücünüz, motivasiyanız və düşmənin vəsvəsələri qarşısında möhkəm dayanmağınızla mümkündür. Bütün bunlar milli gücü formalaşdırır. İnşallah, gənclərimiz elm, əməl, təqva və əxlaq, maddi və mənəvi inkişaf sahələrində daha çox irəliləsin, təşəbbüskar olsun və ölkə üçün iftixar yaratsın. 12 fevral günü bütün bunların təcəssümüdür. Həmin gün hamı küçələrə çıxır, şüarlar səsləndirir, həqiqətləri bəyan edir, öz həmrəyliyini və İran xalqının İslam Respublikasına sədaqətini nümayiş etdirir.
Ümid edirik ki, inşallah bu il də 12 fevral günü (22 Bəhmən) əvvəlki illərdə olduğu kimi İran xalqının əzəmətini daha da artıracaq və digər xalqları, dövlətləri və gücləri İran xalqı qarşısında təzimə vadar edəcək. İnşallah, elə də olacaq.
Allahın rəhmət və bərəkəti üzərinizə olsun
20 Bəhmən 1404
(9 fevral 2026)
Rəyiniz